Dünya Bankı Türkiyəyə 35 milyard DOLLAR AYIRIR
    • 11-09-2023, 18:21
    • 330

Dünya Bankı Türkiyəyə 35 milyard DOLLAR AYIRIR

Dünya Bankı (DB) ortamüddətli iqtisadi planın həyata keçirilməsi üçün Türkiyəyə 35 milyard dollar ayırmağı planlaşdırır.

News24.az “N TV”yə istinadla xəbər verir ki, bu barədə Türkiyənin maliyyə naziri Mehmet Şimşək deyib.

 “Mərkəzi Bankımızın rəhbəri və Dünya Bankının prezidenti ilə uzunmüddətli görüşümüz oldu. Planımızdan danışdıq. Dünya Bankı proqramımıza dəstək olaraq artıq planlaşdırılan 17 milyard dollara əlavə olaraq daha 18 milyard dollar verəcəklərini açıqladı. Ümumilikdə Türkiyə Dünya Bankından 35 milyard dollar məbləğində yardım paketi alacaq”, - deyə o bildirib.

Ötən həftə Türkiyə hakimiyyət orqanları ölkə iqtisadiyyatında böhran hadisələrinin aradan qaldırılmasına yönəlmiş üç il üçün əhatəli plan dərc edib.

Şimşək qeyd edib ki, Ankaranın ortamüddətli planının əsas komponentlərindən biri inflyasiya ilə effektiv mübarizədir: “Proqram inflyasiyanı ağlabatan səviyyəyə, təkrəqəmli rəqəmlərə qaytaracaq. Bu, ən mühüm məqsəddir: üç il ərzində inflyasiyanı birrəqəmli rəqəmlərə endirmək. Çətindir, amma mümkündür”, - deyə o bildirib.

Ayşən