Ali məktəblər və kolleclərin boş yerlərinə qəbul olanların qeydiyyat vaxtı açıqlandı
    • 11-09-2023, 18:24
    • 205

Ali məktəblər və kolleclərin boş yerlərinə qəbul olanların qeydiyyat vaxtı açıqlandı

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) 14 sentyabr saat 11:00-dan 20 sentyabr saat 18:00-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 14 sentyabr saat 11:00-dan 25 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

News24.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək.