Daha bir ölkədə dağıdıcı ZƏLZƏLƏ OLDU
    • 11-09-2023, 21:41
    • 736

Daha bir ölkədə dağıdıcı ZƏLZƏLƏ OLDU

İndoneziyanın Şimali Maluku bölgəsində 6 bal gücündə zəlzələ baş verib.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidməti açıqlama yayıb.

Zəlzələnin episentrinin Ternate bölgəsindən 38 kilometr şimal-şərqdə olduğu açıqlanıb.

Təxminən 162,5 kilometr dərinlikdə meydana gələn zəlzələdə ilkin məlumatlara görə can və mal itkisi olmayıb.

Yeraltı təkanlardan sonra sunami xəbərdarlığı elan edilməyib.