-
- 12-09-2023, 11:26
- 758
Vüqar Qurbanov bu xəstəxanaya xanım direktor təyin etdi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
TƏBİB-dən News24.az-a verilən məlumata görə, xəstəxananın direktoru vəzifəsi Təranə Məmmədovaya həvalə olunub.
TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov Təranə Məmmədovanı kollektivə təqdim edib.
Qeyd edək ki, T.Məmmədova 2021-ci ildən hazırkı təyinatınadək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında direktor müavini, baş həkim vəzifəsində çalışıb.