Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb - Putin
    • 12-09-2023, 14:59
    • 346

Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb - Putin

Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və özü Qarabağın statusunu müəyyən edib.

News24.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxışı zamanı deyib.

“Ermənistan rəhbərliyi 1991-ci ilə qədər Azərbaycan SSR tərkibində mövcud olan bütün əraziləri nəzərə alaraq, Qarabağ ərazisinin də daxil olduğu ərazilərin sayını açıqlayaraq bunu açıq elan edib. Bu, bizim qərarımız deyildi. Bu, Ermənistanın bugünkü rəhbərliyinin qərarıdır. Ermənistan özü Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbsa, burada deməyə söz yoxdur”, - Putin qeyd edib.

Akqabay