Meyxanaçı Könül Kərimovanın müdafiəsinə qalxdı: “Dublyonka ilə dincəlməli idi?” - VİDEO
    • 12-09-2023, 15:09
    • 418

Meyxanaçı Könül Kərimovanın müdafiəsinə qalxdı: “Dublyonka ilə dincəlməli idi?” - VİDEO

55 yaşlı Əməkdar artist Könül Kərimovanın Türkiyədə istirahət zamanı əyninə geyindiyi yırtmaclı cins şortu sosial şəbəkə izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. 

News24.az Bizim.media-ya istinadla xəbər verir ki, sözügedən məsələni "Meyxəbər" verilişinin aparıcıları müzakirəyə çıxarıblar. 

Proqramın aparıcılarından biri olan Ataş Hüseyin Kərimovanın müdafiəsinə qalxıb. 

"Yəqin Könül xanımın sevənləri onu uzun gecə libasında görməyə öyrəşiblər deyə, ona görə onun şort geyinməsinə belə münasibət göstəriblər. İnsan gedib istirahətə. O şortda da gəzə bilər. "Cırıq" şort o demək deyil ki, biədəb yerindədir, yəqin onun yırtmacı o geyimin ətəyində olub", - deyə Ataş vurğulayıb. 

Verilişin digər aparıcısı Rüfət Nasosnu isə "Könül Kərimova Türkiyədə "dublyonka" ilə dincəlməli idi?" fikirlərini dilə gətirib.