Beynəlxalq Avtovağzalın qarşısında yol qəzası oldu
    • 12-09-2023, 15:22
    • 137

Beynəlxalq Avtovağzalın qarşısında yol qəzası oldu

Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə News24.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Qəza səbəbindən metronun “ 20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması məqsədilə yol polisi əməkdaşları hadisə yerinə cəlb olunub.