Paytaxtın bu prospektində yeni yerüstü piyada keçidi TİKİLİR
    • 12-09-2023, 15:37
    • 138

Paytaxtın bu prospektində yeni yerüstü piyada keçidi TİKİLİR

Vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təm­in etmək məqsədilə paytaxt ərazisində daha bir yerüstü piy­ada keçidi inşa edilir.

News24.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, yeni yerüstü piyada keçidi Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində tikilir.

Layihə üzrə keçidin uzunluğu 57 metr, daxili eni 3.5 metrdir. Yol səviyyəsindən hü­ndürlüyü 5.8 metr tə­şkil edən keçid üstüqapalı və torşəkilli metal konstruksiyadan ibarət olacaq.

Prospektin sözügedən hissəsində hərəkət intensivliyi nəzərə alınaraq tikinti işləri hazırda gecə saatlarında aparılır.

İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun oval tipli piyada pandusları quraşdırılacaq.

Layihə çərçivəsində yolun hər iki tərəfi­ndə yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nə­zarət otağının tikintisi, piyada keçidin­in ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.