Ağ çörəyin zərərləri - Piylənmə, ürək-damar xəstəlikləri..
    • 17-11-2024, 23:36
    • 634

Ağ çörəyin zərərləri - Piylənmə, ürək-damar xəstəlikləri..

Ölkəmizdə illərdir istehsal olunan və tələbat yüksək olan qidalardan biri də ağ çörəkdir. Ancaq ağ çörək istehlakının sağlamlığa bir çox zərəri var. 

News24.az xəbər verir ki, çörək istehsalında istifadə edilən buğda lif, mineral və zülalsız karbohidrat mənbəyidir. Bu, çörəyin bədənə qəbulu zamanı qan şəkərinin sürətlə qalxmasına və düşməsinə səbəb olur.

Qan şəkərinin bu sürətlə yüksəlməsi və azalması ümumiyyətlə qan şəkərinə mənfi təsir göstərir. Mənfi təsirlənən qan şəkəri insanın daha tez aclıq hiss etməsinə səbəb olur. Bundan əlavə, ağ çörəyin qan şəkərinə mənfi təsirləri diabet və insulin müqaviməti olan xəstələrə də mənfi təsir göstərir.

eyni zamanda, ağ çörək karbohidrat mənbəyi olduğu üçün həddindən artıq istehlak piylənmə problemlərinə səbəb ola bilər. Piylənmə insanların hərəkətləri məhdudlaşdırıla bilər və bu insanlarda ürək-damar xəstəlikləri yarana bilər. 

Ağ çörəyin tərkibindəki qlüten ona qarşı həssaslığı olan insanların həzm problemləri yaşamasına səbəb olur. Bu həssaslığı olan insanlar mədə ağrısı, ishal və şişkinlik kimi problemlər yaşaya bilərlər.

Qeyd edək ki, ağ çörək əvəzinə tam taxıl çörəyi və ya kəpək çörəyi almağı düşünə bilərsiniz. Bu çörəklərin tərkibində lif və sağlamlığa faydalı olan digər maddələr olduğundan ağ çörək yerinə bu çörəkləri istehlak etmək sağlamlığınız üçün daha faydalı olacaq.

Günel Məlikzadə