Rasim Balayev qalmaqallı müsahibəsi haqda:
    • 12-09-2023, 16:49
    • 879

Rasim Balayev qalmaqallı müsahibəsi haqda: "Alınında yazılmayıb ki..."

“BBC-nin bir müxbiri dedi ki, müsahibə götürmək istəyir. Soruş ki, nə haqda danışacağıq, dedi ki, kinodan. Müsahibənin ortasında mənə dəxli olmayan suallar verdi”.

News24.az OLAY-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev “AStar” layihəsində qalmaqallı müsahibəsi ilə bağlı deyib.

“Daha sonra Amerikadan zəng gəldi. Yenə müsahibə götürmək istədiklərini dedilər. Birinci dəfə idi ki, o sözü özünə deyən adam görürəm. Mən məhəttəl qaldım. Bunun da alınında yazılmayıb ki, ondandır. Bilsəydim, əlbəttə müsahibə verməzdim ona. Saqqalı, bığı falan. Dedim adama oxşayır. Sən demə bu normal adam deyilmiş” -  deyə Xalq artisti bildirib.