-
- 13-09-2023, 08:46
- 148
İranda həbsdə olan diplomatı geri almağa çalışırıq - Aİ
"İranda 500 gündən çox həbsdə olan isveçli diplomatı geri almağa çalışırıq".
News24.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel bildirib.
"Biz İsveç səlahiyyətliləri ilə işləyirik və ilk iş onların vətəndaşlarını geri almaqdır. Biz həmçinin İranla siyasi əlaqələrə yanaşma tərzini saxlamalıyıq. Vətəndaşlarımızı, maraqlarımızı və İran xalqının fundamental hüquqlarını dəstəkləmək üçün diplomatik kanalları açıq saxlamaq vacibdir", - Borel qeyd edib.
Qeyd edək ki, İran İsveçin Avropa İttifaqının əməkdaşı Yohan Floderusun ölkədə saxlanıldığını təsdiqləyib.
Günəş Mərd