-
- 13-09-2023, 10:24
- 294
Fransada "iPhone" satışı QADAĞAN EDİLDİ
Fransa ABŞ-ın texnologiya nəhəngi Apple tərəfindən istehsal edilən iPhone 12 model telefonun ölkə daxilində satışını dayandırıb.
News24.az xəbər verir ki, "Apple"-ın bu telefonları yeniləyəcəyi təqdirdə qərara yenidən baxılacağını qeyd edən Rəqəmsallaşma və Telekommunikasiyadan məsul nazir Jean-Noel Barrot, qadağanın bu telefonların icazə verilən radiasiya miqdarını aşması səbəbilə qoyulduğunu izah edib.
Elektron cihazların insanlara yaydığı elektromaqnit dalğalarının miqdarına nəzarət edən ANFR-nin verdiyi açıqlamaya görə, 141 telefon modeli üzərində edilən nəzarətlərdə iPhone 12-lərin Avropada icazə verilən radiasiya miqdarını aşdığı müəyyən edilib. Avropada bir telefon cibdə və ya əlində tutulduqda radiasiya miqdarının 4W/kq olması tələb olunduğu halda, ANFR iPhone 12 model telefonda bu miqdarın 5,74 Vt/kq olduğunu deyib.
Aydan