"Iphone 15" üçün yeni iddia - Qiyməti dodaq uçuqladan olacaq
    • 20-12-2022, 18:31
    • 293

"Iphone 15" üçün yeni iddia - Qiyməti dodaq uçuqladan olacaq

Hər il yeni modeli ilə texnologiyasevərlərin qarşısına çıxan Apple üçün yeni iddia ortaya atılıb. iPhone 15-in xüsusiyyətləri və qiymətinin bazara sızdığı bildirilir.

News24.az "Habertürk"ə istinadla xəbər verir ki, iphonenin yeni modelində telefonların korpusu titandan olacaq. Bundan başqa yeni model üçün iOS 17 versiyası da gətiriləcək.

2023-cü ilin sentyabr ayında satışa çıxarılacaq İphone 15 üçün iddia edilən rəqəmlər belədir:

iPhone 15: 799 dollar (1360 manat)
iPhone 15 Plus: 999 dollar (1700 manat)
iPhone 15 Pro: 1099 dollar (1870 manat)
iPhone 15 Ultra: 1299 dollar (2010 manat)
iPhone 15 Ultra 1TB yaddaş: 1799 dollar (3060 manat)

"Forbes" jurnalındakı xəbərə görə, yeni modelin Apple tarixində ən bahalı məhsul olacağı gözlənilir. Apple hər il artan istehsal xərclərini belə kompensasiya etməyi planlaşdırır.  

Qumral Əliyeva