İran PUA-ları Ukraynaya ZƏRBƏ ENDİRDİ
    • 13-09-2023, 11:14
    • 295

İran PUA-ları Ukraynaya ZƏRBƏ ENDİRDİ

Rusiya qüvvələri gecə saatlarında İran PUA-ları ("Şahid") ilə Ukraynanın Odessa və Sumı vilayətlərinə zərbələr endirib.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, Ukraynaya üç istiqamətdən 44 "Şahid" buraxılışı qeydə alınıb, PUA-lardan 23-si məhv edilib.

Bildirilir ki, ruslar növbəti dəfə dronlarla mülki infrastrukturu hədəfə alıblar.Nəticədə qeyri-yaşayış binaları və liman infrastrukturu yararsız hala düşüb. Yeddi nəfər yaralanıb.

Ayşən