Müğənni Elnarə yeni klipini təqdim edib
    • 14-03-2019, 13:51
    • 1 677

Müğənni Elnarə yeni klipini təqdim edib

Müğənni Elnarə Xəlilova "Səndən sonra..." mahnısına çəkilən klipini təqdim edib. 

News24.az bildirir ki, mahnının musiqisi Namiq Zeynalov, sözləri Anar Məmmədova məxsusdur. Kamançada Şəhriyar Musayev, gitarada Vüqar İsmayılov ifa edib.

Mahnını rejissor Nail Naiboğlu ekranlaşdırıb. Operatoru Ruslan Ağazadə olan klipin montajı Xəqani Əliyev, rəng korreksiyasi Aleks Anişenkoya məxsusdur.

"Səndən sonra" klipinin çəkilişləri Bakı Dəmiryolu Vağzalında, Bakı-Gəncə sürət qatarında, Gəncə Dəmiryolu Vağzalında və "Xan Bağı" Mədəniyyət və İstirahət Parkında aparılıb.