Nikahların sayı azalıb, boşanmalar artıb - STATİSTİKA
    • 13-09-2023, 18:00
    • 244

Nikahların sayı azalıb, boşanmalar artıb - STATİSTİKA

Azərbaycanda boşananların sayı artıb.

News24.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-iyulunda 29191 nikah və 12610 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq, 6,1-dən 4,9-a düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.