-
- 13-09-2023, 22:02
- 213
“Hizbullah”a məxsus anbarlar atəşə tutuldu
Suriyanın Tartus əyalətində bir neçə partlayış baş verib.
News24.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisənin təfərrüatları barədə heç bir açıqlama verilməyb.
Bəzi xarici media orqanlarının versiyasına görə, əyalətdə yerləşən və Livanın “Hizbullah” partiyasına məxsus olan anbarlar atəşə tutulub.
Hadisə nəticəsində 3 nəfərin öldüyü bildirilir.