-
- 13-09-2023, 22:59
- 302
"Rusiya və Şimali Koreya münasibətlərini yaxından izləyirik" - ABŞ rəsmisi
Dövlət Departamenti ABŞ-ın Şimali Koreya ilə danışıqlara hazır olduğunu bəyan edib.
News24.az interfaks-a istinadən xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, ABŞ administrasiyası hələ də nüvə məsələsi ilə bağlı Şimali Koreya ilə danışıqlara hazırdır, lakin Pxenyanın bu cür təmaslar arzusunu görmür.
"Bizim tərəfimizdən danışıqlar üçün qapı açıqdır", - o, brifinqdə deyib.
Eyni zamanda Miller vurğulayıb ki, KXDR-in son illərdəki hərəkətləri, Vaşinqtonun fikrincə, Şimali Koreya tərəfinin dialoqa hazır olmadığını göstərir.
Rusiya Federasiyası və KXDR liderləri arasında aparılan danışıqlarla bağlı sualları cavablandıran Miller bir daha qeyd edib ki, ABŞ bu mövzunu “yaxından izləyir”.