Qadın qonşuları tərəfindən döyüldü NAXÇIVANDA
    • 13-09-2023, 23:30
    • 182

Qadın qonşuları tərəfindən döyüldü NAXÇIVANDA

Naxçıvanın Kəngərli rayonunda dava olub.

News24.az apa-ya istinadla xəbər verir ki, hadisə rayonun Xok kəndində qeydə alınıb.

Hadisə zamanı Xok kənd sakini, 1976-cı il təvəllüdlü Möminə Adıgözəl qızı Bağırova qonşuları tərəfindən döyülüb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən qadının vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.