-
- 14-09-2023, 15:23
- 387
Putin TŞ-nin təcili iclasını çağırdı - Qonşu dövlətlər müzakirə edildi
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının operativ iclasını keçirib.
News24.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“İclasda xüsusilə, ən yaxın qonşuları və müttəfiqləri ilə münasibətlərin inkişafı, habelə MDB-yə daxil olmayan ölkələrlə münasibətlərdə Rusiyanın maraqlarının təmin edilməsi ilə bağlı məsələlər müzakirə edilib”, - məlumatda deyilir.
Bundan sonra Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin hesabat verib.
Akqabay