Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırdı - FOTO
    • 21-02-2022, 22:25
    • 580

Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırdı - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Təhlükəsizlik Şurasının iclasında səsləndirilən bəyanatlarla əlaqədar Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDC) təcili iclasının çağırıldığını açıqlayıb.

​​​​News24.az xəbər verir ki, bu barədə o, "Twitter"də paylaşım edib.

"Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında verilən bəyanatları nəzərə alaraq, Fransa Prezidenti Emmanuel Makron və Olaf Şoltsla təcili məsləhətləşmələr keçirdim", o bildirib.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin də Təhlükəsizlik Şurasının fövqəladə geniş iclasını keçirib. Dövlət başçısı iclas iştirakçılarının məruzələrini dinlədikdən sonra bazar ertəsi qərar verəcəyini bildirib. Rusiya Prezidenti bu gün televiziya vasitəsilə xalqa müraciət edəcək.