-
- 14-09-2023, 16:12
- 461
Azəri qızı Günel toyunun tarixini AÇIQLADI
Müğənni Günel Zeynalova izləyicilərinin suallarını cavablandırıb.
News24.az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı ona edilən evlilik təklifinə belə reaksiya verib:
"Aşiq olub, sevib evlənməyə niyyətliyəm. Sən öz yarını tapacaqsan, bir az səbr et".
Günel sevgilisini gizlətməsi iddiasına "Sevgilim var?" cavabını verib.
Sənətçi daha sonra arzuladığı həyat yoldaşı gözləntisindən yazaraq "Önəmli olan bir-birimizi başa düşmək, danışa, əylənə, dəyər bilməkdir. Hörmət, sevgi önəmlidir. Özündən əmin, nə istədiyini bilərək sevgisindən, eşqindən əmin olan ciddi, dəyişməyəcək biri. Məni diqqətsiz qoyan adamı istəməyəcəyəm. Məndən xəbərsiz olmasın. İki əli qanda olsa bildirsin. Xarici ölkədə yaşamaq üçün sənəti buraxmaq önəmli deyil. Sənəti, mahnı oxumağı, səhnədə olmağı çox sevirəm. Diləyimi Allah bilir" sözlərini əlavə edib.
Sənətçinin "Toyunuz nə vaxtdır? Ümid edirəm, tez bir vaxtda olar" sualına yazdığı "Bəli, bu il" cavabı isə diqqət çəkib.