Metro istifadəçilərinin NƏZƏRİNƏ: Sentyabrın 15-i səhər saat 06:00-dan...
    • 14-09-2023, 16:15
    • 220

Metro istifadəçilərinin NƏZƏRİNƏ: Sentyabrın 15-i səhər saat 06:00-dan...

Sentyabrın 15-dən “Bakmil” stansiyası və əksinə hərəkət edən qatarların hərəkət cədvəlinə dəyişikliklər edilib.

Bu barədə News24.az "Bakı Metropoliten" QSC-yə istinadən xəbər verir.

"Bu dəyişiklik Bakı metropolitenində qatarların hərəkətinin payız-qış qrafikinə keçid ilə bağlıdır", - məlumatda deyilir.

Bildirilir ki, qatarların qeyd edilən istiqamətlərdə hərəkət cədvəli “metro.gov.az” saytının “Sərnişinlər üçün” bölməsinin “Qatarların hərəkət cədvəli” yarımbölməsində dərc edilir.

Yeni qrafik sentyabrın 15-i səhər saat 06:00-dan qüvvəyə minir.