Zəngəzur dəhlizinin iqtisadi səmərəliliyi şübhəsizdir - Nazir müavini
    • 14-09-2023, 18:00
    • 118

Zəngəzur dəhlizinin iqtisadi səmərəliliyi şübhəsizdir - Nazir müavini

Zəngəzur dəhlizinin iqtisadi səmərəliliyi şübhəsizdir.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə İstanbulda keçirilən Türk Dünyası Biznes Forumda çıxışı zamanı Azərbaycanın iqtisadiyyat nazirinin müavini Elvin Əliyev bildirib.

O qeyd edib ki, Azərbaycan hazırda bu dəhlizin açılması üçün işləri davam etdirir və TDT çərçivəsində nəqliyyat sahəsinə yatırımların artması vacibdir.

Onun sözlərinə görə, enerji sektorunda birgə təşəbbüslər regional və qlobal enerji mənzərəsini əhəmiyyətli dərəcədə yenidən formalaşdırıb və bu sadəcə TDT-yə üzv ölkələrinin deyil, həm də Avropanın enerji təhlükəsizliyinə töhfədir.