Mafiya liderinin cəsədi qəbiristanlıqdan oğurlandı - FOTO
    • 14-09-2023, 19:15
    • 404

Mafiya liderinin cəsədi qəbiristanlıqdan oğurlandı - FOTO

“Los Choneros” bandasının keçmiş lideri, ekvadorlu Cunyor Roldanın cəsədi Kolumbiyanın Medellin şəhəri yaxınlığındakı qəbiristanlıqdan oğurlanıb.

News24.az Lent.az-a istinadən xəbər verir ki, keçən fevral ayında o, narkotik alveri ilə məşğul olan rəqib dəstələr arasında toqquşmaların baş verdiyi Quayaquil həbsxanasından şərti olaraq azad edilib. Məhkəmənin qərarı Ekvador prezidenti Gilyermo Lasso tərəfindən tənqid edilib.

Mart ayında dəstə başçısı hücuma məruz qalıb və yaralanıb. Bundan sonra Ekvador hüquq-mühafizə orqanları onun izini itiriblər. İki ay sonra isə onun cəsədi Kolumbiyanın şimal-qərbindəki kəndlərdə tapılıb.