-
- 14-09-2023, 18:34
- 127
Netanyahu Maska kömək edəcək
İsrailin baş naziri Benyamin Netanyahu milyarder İlon Maskla görüşmək və onunla X (Twitter) sosial şəbəkəsində antisemit(yəhudi düşmənçiliyi) əhval-ruhiyyənin artması problemini müzakirə etmək üçün sentyabrın 18-də Silikon Vadisinə (Kaliforniya, ABŞ ) uçacaq.
News24.az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) məlumat yayıb.
WP yazır ki, Amerika insan haqları təşkilatları Maskı əvvəllər antisemit bəyanatlarına görə bloklanmış müxtəlif istifadəçilərə “amnistiya” verməklə sosial şəbəkədə nifrət yaratmaqda ittiham edir. WP-yə görə, Netanyahu bir şəkildə Maska antisemitizmi təhrik etdiyinə görə X-in artan tənqidinə cavab verməlidir . Gələcək görüşün təfərrüatları açıqlanmır.
Nəşr yazır ki, Netanyahu ilə Maskın görüşü Silikon Vadisində müxtəlif “yəhudi biznes liderləri” tərəfindən təşkil edilib. Xüsusilə, Palantir İT şirkətinin yaradıcısı Co Lonsdeyl onun hazırlanmasında iştirak edir.
Aydan