-
- 29-03-2023, 14:01
- 487
Bayden və Netanyahu arasında gərginlik artır
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsindəki mübahisəli məhkəmə tənzimləməsini tənqid edən ABŞ prezidenti Co Baydenə cavab verib.
News24.az xəbər verir ki, Netanyahu İsrailin xarici təzyiqlərdən asılı olmayan suveren bir ölkə olduğunu deyib.
Xatırladaq ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran ABŞ prezidenti Bayden İsraildə kütləvi etirazlara və tətillərə səbəb olan mübahisəli məhkəmə tənzimləməsindən narahatlığını bildirib.
Bayden İsrailin çətin bir prosesdən keçdiyini və Netanyahunun sözügedən məhkəmə tənzimləməsindən əl çəkəcəyinə ümid etdiyini qeyd edib.