Ayseldən SƏS-KÜYLÜ AÇIQLAMA: “Ən axırıncı yerdə istedad dayanır, birinci yerdə…”
    • 14-09-2023, 19:45
    • 482

Ayseldən SƏS-KÜYLÜ AÇIQLAMA: “Ən axırıncı yerdə istedad dayanır, birinci yerdə…”

“Birinci yerdə şans, ikincidə gözəllik gəlir. Ən axırıncı sırada isə istedad gəlir”.

News24.az xəbər verir ki, bunu aktrisa Aysel Nəsirzadə Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi “İndiki vaxtda aktrisa üçün hansı daha önəmlidir: istedad, şans, yoxsa gözəllik?” sualını cavablandırıb:

“Aktyor, aktrisanın istedadlı olması ən önəmli şərt sayılır. Bütün dünyada belədir. Amma bizdə istedaddan da daha önəmli keyfiyyətlər əsas götürülür. İstedadın olmasa da, olar.

Birinci yerdə şans, ikincidə gözəllik gəlir. Ən axırıncı sırada isə istedad gəlir. Heç kim istəməz belə olsun, amma təəssüflər olsun ki, hazırkı reallıq belədir.

Bu gün danılmaz faktdır ki, ən önəmli olan ən axırda gəlir bizdə. Amma çox istəyərdim ki, aktyor və aktrisalarımızda birinci yerdə istedad dayansın, sonrakı mərhələlərdə gözəllik və şans. Təəsüsflər olsun ki, bizim ölkədə belə deyil. İstedadlılar axırda, istedadsızlar daha öndədirlər”.