-
- 15-09-2023, 11:00
- 236
"ABŞ Rusiya əleyhinə tramplin yaratmaq üçün İrəvana yardım edir"
ABŞ Senatında dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimin Ermənistanı təhlükəsizlik və ABŞ-la əməkdaşlıq sahəsində dəstəkləməsi ilə bağlı bəyanatları Cənubi Qafqazda anti-Rusiya tramplininin yaradılmasına yönəlib.
News24.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski bildirib.
“Yuri Kim ABŞ Senatının Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı bildirib ki, söhbət “Rusiya ilə deyil, Ermənistanın ABŞ ilə tərəfdaşlığından” getməlidir. İndi Vaşinqton İrəvana “kömək etməyə” hazırdır, aydındır ki, onlar Cənubi Qafqazda yeni anti-Rusiya tramplini yaratmaq arzusundadırlar”, - Slutski qeyd edib.
O, Kiyevə də analoji yardımın təklif olunduğunu vurğulayıb: “Ukrayna indi ABŞ-ın marionetinə çevrilib, suverenliyini və bir çox vətəndaşını itirib”.
“Xarici “pərəstişkarlıq” dünyanın heç bir ölkəsinə fayda vermədi, yalnız bədbəxtlik və kədər, qan və dağıntı gətirdi və Amerikanın “tərəfdaşlıq” və “inkişaf yardımı” yolu sonda buna gətirib çıxardı”, - o, yekunlaşdırıb.
Akqabay