Naməlum kişi meyiti AŞKARLANDI
    • 15-09-2023, 13:21
    • 184

Naməlum kişi meyiti AŞKARLANDI

Xaçmazda naməlum kişi meyiti aşkarlanıb

Bu barədə News24.az-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. 

Xaçmaz-Xudat avtomobil yolunun Köhnə Xaçmaz kəndi ərazisində üzərində xəsarət olan 50-55 yaşlı naməlum kişi meyiti tapılıb.

Aparılan araşdırmalar zamanı meyitin 56 yaşlı rayon sakini Qərib Rzayev olduğu müəyyən edilib.

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsinsə hadisəni törətməkdə şübhəli bilinən rayon sakini 27 yaşlı Yalçın Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.