-
- 15-09-2023, 13:32
- 163
Pentaqon Şimali Koreyaya xəbərdarlıq etdi: "GÜNAHSIZ UKRAYNALILARI..."
"Şimali Koreyanın Rusiyaya silah dəstəyi Ukrayna müharibəsini uzadacaq və bu, günahsız ukraynalıların öldürülməsi deməkdir”.
News24.az “Yeniakit”ə istinadla xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb.
Pentaqon mətbuat katibinin müavini Sabrina Sinq Şimali Koreya lideri Kim Çen Inla Rusiya prezidenti Vladimir Putinin görüşündən sonra dəyərləndirmələr edib .
“Düşünürük ki, səbəbsiz müharibədə Rusiyaya dəstək verən istənilən ölkə Ukraynadakı münaqişəni uzatmaqla yanaşı, bu, günahsız Ukrayna vətəndaşlarını öldürməsi mənasına gəlir. Şimali Koreyanı Rusiya ilə silah müqaviləsi bağlamaması üçün xəbərdar edirik”,- o deyib.
Ayşən