Şimali Koreya ilə Rusiya arasında müharibənin GEDİŞATINI DƏYİŞƏCƏK QƏRAR
    • 11-09-2023, 12:55
    • 211

Şimali Koreya ilə Rusiya arasında müharibənin GEDİŞATINI DƏYİŞƏCƏK QƏRAR

“Şimali Koreyadan silah tədarükü Rusiyaya cəbhədə artilleriya bombardmanını artırmağa imkan verə bilər, amma bu, çox güman ki, müharibənin gedişatını dəyişmək üçün kifayət etməyəcək”.

 News24.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.

“Şimali Koreya sovet dövründən qalma silahlar üçün ən böyük artilleriya mərmiləri və reaktiv döyüş sursatları ehtiyatına malikdir”, - nəşr yazır.

ABŞ Hərbi Dəniz Qüvvələri Kollecinin milli təhlükəsizlik üzrə professoru Terens Roehriq bildirib ki, Şimali Koreyanın silah-sursat tədarükü çətin ki, qısa müddətdə həlledici olsun, amma Rusiyanın müharibəni davam etdirməsini asanlaşdıracaq.

Ayşən