-
- 15-09-2023, 16:43
- 179
İran rəsmilərinə sanksiyalar TƏTBİQ OLUNDU
Böyük Britaniya İranın mədəniyyət nazirinə və Tehran merinə qarşı sanksiyalar tətbiq edib.
News24.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Böyük Britaniya ABŞ, Kanada və Avstraliya ilə birlikdə İran rəsmilərinə qarşı qadınların hicab geyinməyə məcbur edilməsi iddiasına görə sanksiyalar tətbiq edib.
Məlumata görə, İranın İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyinin əsas tərəfdaşı olan "Arvan Cloud" da sanksiyalara məruz qalıb.
Aydan