-
- 15-09-2023, 18:42
- 452
Kəmaləddin Heydərov komandirinin vəzifəsini kiçiltdi - FOTO
Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.
News24.az manşet.az-a istinadən bildirir ki, nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı alayının komandiri polkovnik-leytenant Məhəmməd Xəlilli tutduğu vəzifəsindən azad edilib. Digər əmrlə o daha aşağı vəzifəyə - FHN-nin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsinə komandir müavini təyin edilib.
Qeyd edək ki, Məhəmməd Xəlilli FHN-nin tanınmış zabitlərindən biri hesab olunur. O, Türkiyədə baş vermiş meşə yanğınları zamanı xüsusi peşəkarlığı ilə fərqlənib.