“Qarabağ” - “Molde” oyununun biletləri bu tarixdə satışa ÇIXARILACAQ
    • 15-09-2023, 22:13
    • 442

“Qarabağ” - “Molde” oyununun biletləri bu tarixdə satışa ÇIXARILACAQ

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Molde” (Norveç) oyununun biletləri sabah saat 12:00-dan "iticket.az"da satışa çıxarılacaq.

News24.az  Ağdam təmsilçisinin rəsmi feysbuk səhifəsinə istinadla xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Satış məntəqələri:

"Iticket.az"ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Qeyd edək ki, sentyabrın 21-də oynanılacaq görüş saat 20:45-də başlayacaq.