Mövqelərimiz atəşə tutuldu- VİDEO

Mövqelərimiz atəşə tutuldu- VİDEO
QARABAĞ

Baxış: 420 \ Tarix: 16-09-2023, 07:55

Mətn ölçüsü

Sentyabrın 15-i saat 23:55-dən sentyabrın 16-sı 00:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil və Basarkeçər rayonunun  Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun  Əyrivəng və Qalakənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

News24.az xəbər verir ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb 

YouTube