Oqtay Əsədovun qızı vəfat etdi - Yeniləndi
Hadisə
Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı vəfat edib.
News24.az xəbər verir ki, bu barədə sabiq spikerə yaxın şəxslər bildiriblər.
Məlumata görə, mərhum uzun müddət xəstə olub və Türkiyədə aldığı müalicədən sonra dünyasını dəyişib.
Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. O, iki övlad atasıdır. (modern.az)
****
Xəbər verdiyimiz kimi, Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı vəfat edib.
News24.az xəbər verir ki, dünyasını dəyişən Nərminə Əsədovadır. O, 40 yaşında xərçəng xəstəliyi səbəbindən vəfat edib. (Unikal.az)