-
- 16-09-2023, 12:05
- 219
Bakıda 15 yaşlı qız itkin düşdü
Bakıda əqli qüsurlu qız itkin düşüb.
News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 15:30 radələrində Xətai rayonu S.Əhmədov küçəsində yaşayan M.Həsənova 37-ci Polis Şöbəsinə müraciət edərək bu barədə məlumat verib.
O bildirib ki, birgə yaşadığı əqli qüsurlu, 15 yaşlı qızı Ş.Allahverdiyeva sentyabrın 15-i saat 10:30-da yaşadığı ünvandan çıxaraq itkin düşüb.
Faktla bağlı Xətai RPİ-nin 37-ci PŞ-də araşdırma aparılır.