Sabirabadda PARTLAYIŞ: Hadisə nəticəsində...
    • Bu gün, 14:19
    • 131

Sabirabadda PARTLAYIŞ: Hadisə nəticəsində...

Sabirabadda qaz sızmasından partlayış olub.

News24.az APA-ya istinadla bildirir ki, hadisə Sabirabad rayonunun Məmişlər kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Zeynalova Nüşabə Nizami qızı evin hamamında baş verən partlayış nəticəsində yanıq xəsarətləri alıb.

O, Şirvan xəstəxanasına yerləşdirilib. Oradan isə Bakıdakı Yanıq Mərkəzinə göndəriləcəyi gözlənilir.