-
- 15-03-2019, 11:37
- 2 031
Bakı metrosunda izdiham – PROBLEM YAŞANDI
Bu gün Bakı metrosunda səhər saatlarında izdiham yaşanıb. News24.az xəbər verir ki, səhər saatlarında “Nəriman Nərimanov” stansiyasında “İçərişəhər”ə gedən qatarda problem yaranıb. Bu səbəbdən “28 may”da sərnişinlər qatardan boşaldılıb. Qatar isə nədənsə Nizami stansiyasına göndərilib.
Məsələylə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov yaşanan News24-az-a qatarda texniki problem yarandığını etirab edib: “Bu gün səhər 09:40 radələrində “İçərişəhər” stansiyasından hərəkət olan qatarda texniki problem olub. Problem olduğu üçün qatar sərnişinsiz depoya göndərilib. Ona görə də arada bir qatar “Nizami” stansiyası istiqamətinə gedib”.
Bəxtiyar Məmmədov qeyd edib ki, baş vermiş problemlə əlaqədar olaraq üç qatar ardıcıl olaraq “Dərnəgül” xəttinə gedib: “Texniki problemə görə, qatarların ikisi “Dərnəgül” xəttinə, biri isə “İçərişəhər” stansiyasına gedib. “28 may”da qatarda sərnişinlər boşaldığı üçün stansiyada izdiham yaranıb”.
Sevinc YASİNQIZI