Hummels karyerasını bitirəcəyi vaxtı AÇIQLADI
    • 18-09-2023, 17:45
    • 249

Hummels karyerasını bitirəcəyi vaxtı AÇIQLADI

Mats Hummels mövsümün sonunda karyerasını bitirməyi düşünür.

News24.az Apasport.az-a istinadən xəbər verir ki, 34 yaşlı mərkəz müdafiəçisinin Dortmund "Borussiya"sı ilə müqaviləsi gələn ilin yayında başa çatacaq. 

Almaniya millisinin veteran müdafiəçisi 2024-cü ilin yayında peşəkar futbolla vidalaşmağa hazırlaşır. Ailəsi və dostları ilə qərarını müzakirə etdiyini deyən Hummels yaşıl meydandan getdikdən sonra futbol sahəsində çalışmağa planlaşdırır. 

Qeyd edək ki, “Borussiya” ilə yanaşı, “Bavariya”nın da şərəfini qorumuş Hummels bu mövsüm 4 oyun keçirib və iki qol vurub.