-
- 15-03-2019, 13:00
- 1 471
Polad Bülbüloğlunun "Eşq və Ölüm" baleti nümayiş olunacaq
Martın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Xalq artisti, bəstəkar Polad Bülbüloğlunun "Eşq və Ölüm" baleti nümayiş olunacaqdır.
News24.az xəbər verir ki, baletdə həyat və ölümdən, sevgi, dostluq və satqınlıqdan söhbət açılır. “Eşq və ölüm” baletinin süjeti YUNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil olan “Kitabi-Dədə Qorqud” eposundan qaynaqlanır. Əsərin baş qəhrəmanları Azər və Baycanın faciəli eşqi Azərbaycan dövlətinin adını təcəssüm etdirir.
Məlumat üçün bildirək ki, balet ilk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru Vəkil Usmanov tərəfindən səhnəyə qoyulmuş, Bakıdakı möhtəşəm premyerasından sonra Sankt-Peterburqun Mariinski Teatrında və Moskvada Böyük Teatrın səhnəsində uğurla nümayiş olunmuşdur. 2010-cu ildə "Eşq və Ölüm" baleti rusiyalı xoreoqraf, Rusiyanın Əməkdar incəsənət xadimi Nadejda Malıgina tərəfindən Yekaterinburq Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulmuşdu. Həmin quruluş 2011-ci ildə Rusiya Akademik Böyük Teatrında və Türkiyənin paytaxtı Ankarada nümayiş olunmuşdu.
Tamaşanın quruluşçu rəssamı tanınmış rusiyalı teatr rəssamı Dmitri Çerbadji, dirijoru Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyevdir.
Əsas rollarda Cəmilə Kərimova (Baycan), Anar Mikayılov (Azər), Nigar İbrahimova (Ölüm), Samir Səmədov (Məlik xan), Gülağası Mirzəyev (Qazan xan) və başqaları çıxış edəcəklər.