“İrana səfər etməyin” - Co Bayden
    • 19-09-2023, 12:59
    • 181

“İrana səfər etməyin” - Co Bayden

ABŞ prezidenti Co Bayden ölkə vətəndaşlarına xəbərdarlıq edib.

News24.az xəbər verir ki, o, insanları İrana səfər etməməyə çağırıb.

Co Bayden İranda beş Amerika vətəndaşının həbsdən azadlığa buraxılması ilə bağlı verdiyi açıqlamada, ABŞ Dövlət Departamentinin xəbərdarlığına toxunaraq deyib: 

“Adam oğurluğu və özbaşına həbs riski səbəbindən İrana səfər etməyin”.

“Amerika vətəndaşları İranda həbs olunsalar, azadlıqlarına zəmanət veriləcəyini gözləməsinlər” – deyə, ABŞ prezidenti vurğulayıb.

Aynurə