“Qəbələ”nin məşqçisi hakimi təhqir etdiyi üçün cəzalandırıldı

“Qəbələ”nin məşqçisi hakimi təhqir etdiyi üçün cəzalandırıldı
İDMAN

Baxış: 221 \ Tarix: 19-09-2023, 13:21

Mətn ölçüsü

“Qəbələ”nin məşqçisi Xaqani Məmmədov hakimi təhqir etdiyi üçün cəzalandırılıb.

News24.az “Report”a istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının VI turunda “Turan Tovuz”la səfər oyununa təsadüf edib.

2:2 hesabı ilə başa çatan qarşılaşmada qırmızı vərəqə aldıqdan sonra baş hakimin ünvanına nalayiq ifadə işlədən mütəxəssisə AFFA İntizam Komitəsi tərəfindən 2 matç şərti olmaqla 5 oyunluq cəza kəsilib. Sınaq müddəti 3 ay təyin edilib. Bu hərəkət “Qəbələ”nin 4000 manat cərimələnməsinə yol açıb.

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun isə qarşılaşmada “A buraxılışı” vəsiqəsindən istifadə etməməsi klubu 500 manat ziyana salıb.