-
- 19-09-2023, 14:48
- 289
"Siyəzən broyler" şirkətində külli miqdarda yeyinti aşkarlandı - MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Ziya Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
News24.az-ın məlumatına görə, prosesdə auditor Mahir Əzizov ifadə verib. O bildirib ki, Siyəzən Broylerdə audit aparıb: "Müraciət əsasında audit apardıq. Məlum oldu ki, şirkətdə 69 min manat çatışmazlıq var".
Məsələyə münasibət bildirən təqsirləndirilən şəxs bildirib ki, şirkətdə aşkarlanan ümumi çatışmazlıq onun üzərinə atılıb.
Xatırladaq ki, Siyəzən Broyler" ASC-yə qarşı külli miqdarda mənimsəmə olub.
Araşdırmalar zamanı ASC-nin anbardarı Ziya Qurbanov şirkətin pulunu mənimsəmə yolu ilə ələ keçirdiyi məlum olub.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.
Samir Əli