-
- 19-09-2023, 15:51
- 285
"Ermənistan işğal olunmur" - Koffi
“Beynəlxalq hüquqa görə, Qarabağ bölgəsi Azərbaycanın bir hissəsidir".
News24.az xəbər verir ki, bunu Hudson İnstitutunun baş elmi əməkdaşı Luke Koffi deyib.
"Hazırda Azərbaycanın bütün hərbi əməliyyatları ölkə daxilində baş verir. Ermənistan işğal olunmur. Azərbaycanın içində yerləşən erməni qoşunları hücuma məruz qalır. Bunlar faktlardır”, – deyə Hudson İnstitutunun baş elmi əməkdaşı Koffi bəyan edib.
Qeyd edək ki, “Hudson İnstitutu” Vaşinqtonda yerləşən və Respublikaçılar Partiyasına yaxın olan nüfuzlu analitik mərkəzdir.
Aynurə