Əməliyyatlar hələlik lokaldır, separatçılar ağıllanmadılar - – Korotçenko

Əməliyyatlar hələlik lokaldır, separatçılar ağıllanmadılar - – Korotçenko Maraqlı

Qarabağdakı separatçılar sakit otura bilirdilər - xüsusən də hər iki yol (Ağdam - Xankəndi və Laçın) işə başlayandan, humanitar yardımlar axmağa başlayandan.

News24.az Ölkə.Az-a istinadən xəbər verir ki, bunu rusiyalı ekspert İqor Korotçenko bildirib.

“Amma yox, erməni diversiya qrupu gecə saatlarında Azərbaycan yollarına tank əleyhinə minalarla qoydular. Nəticədə iki avtomobil partladılıb, 9 azərbaycanlı həlak olub”, - o qeyd edib.

Korotçenko bunun nəticəsində antiterror tədbirlərinin başlandığını vurğulayıb: “Əməliyyatlar hələlik lokaldır”.

Ekspert həmçinin vurğulayıb ki, Paşinyan Azərbaycana müharibə elan etməyəcək. İkinci dəfə təslim olmaq istəmir.