-
- 15-03-2019, 14:57
- 890
Vidadi Zeynalov azadlığa buraxılıb
Ləğv olunmuş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov azadlığa buraxılıb.
News24.Az xəbər verir ki, ONA-nın məlumatına görə, bu barədə Sabunçu Rayon Məhkəməsi qərar verib.
O, cəzasının 5/4 hissəsini çəkdiyi üçün məhkəmə onun azadlığa buraxılmasına qərar verib.
Faktı V.Zeynalovun qardaşı Vahid Zeynalov təsdiqləyib.
Qeyd edək ki, V. Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən V. Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsinin təşkilində təqsirləndirilib.
Daha sonra V. Zeynalov apelyasiya şikayəti verib və məhkəmənin hökmü ilə 13 il azadlıqdan məhrum edilən keçmiş Aparat rəhbərinin cəzası 4 ilə endirilib.
Onun həbs müddətinin başa çatmasına 7 ay qalmışdı.