Ukrayna Keniyada taxıl mərkəzi YARADACAQ
    • 20-09-2023, 01:10
    • 194

Ukrayna Keniyada taxıl mərkəzi YARADACAQ

Keniya prezidenti Vilyam Ruto Ukraynanın Afrikanın şərqindəki ərzaq problemini həll etmək üçün Mombasa limanında taxıl mərkəzi açacağını açıqlayıb.

News24.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezident Volodimir Zelenski və Ruto Birləşmiş Millətlər(BMT) 78-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkda bir araya gəliblər. 

Hər il Afrikanın 25 ölkəsinin buğda ehtiyaclarının üçdə birindən çoxunu Rusiya və Ukraynadan aldığını qeyd edən Ruto, Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllinə dəstəyini ifadə edib. 
Günəş Mərd