-
- 26-07-2018, 16:12
- 1 584
"Yuventus" Ronaldoya nə qədər xərc çəkib?
Futbol ulduzu Ronaldonun "Yuventus" klubuna transferi artıq uzun müddətdir idmanla əlaqəsi olan və olmayan hər kəsin maraq dairəsindədir.Onun transferini bahalı hesab edən italyanlar hətta etiraz aksiyasına da çıxmışdılar.
News24.az-ın məlumatına görə, futbolçu ilə bağlanılan 4 illik müqavilənin maliyyə dəyəri isə 340 milyon avrodur. Ronaldo hər ili üçün 30 milyon avro maaş alacaq. Vergilərlə birlikdə Ronaldonun illik qazancı İtaliya klubuna 56 milyon avroya başa gələcək. “Yuventus”un yeni mövsümdəki maaş büdcəsinin 21 faizi Ronaldoya sərf olunacaq.
Lakin turinlilərin xərcləri bununla bitmir. Belə ki, portuqaliyalı superstarı qorumaq istəyən klub rəhbərliyi 33 yaşlı oyunçunu ölüm, qəza, zədə və s. bu kimi hallardan sığorta etdirəcək. Bu isə o deməkdir ki, “Yuventus” müxtəlif sığorta şirkətlərinə 5 milyon avro ödəyəcək.